50 min insanın sümüyündən dizayn edilmiş qorxunc kilsə: <span style="color:red;">Sümüklü Sedleç
26 iyul 2018 16:47 (UTC +04:00)

50 min insanın sümüyündən dizayn edilmiş qorxunc kilsə: Sümüklü Sedleç

Dünyanın ən qorxunc ibadətgah muzeylərindən olan Sümüklü Sedleç kilsəsi buraya təşrif buyuran turistlər tərəfindən “qorxulu məbəd” adlandırılır. Çexiyanın paytaxtı Praqada yerləşən muzeyin içərisi ölmüş insanların sümükləri ilə dizayn edilib.

 

Lent.az milliyet.com.tr-yə istinadla bildirir ki, kilsənin içərisində 50 min insanın onurğa, kəllə, aşağı və yuxarı ətraf sümüklərindən istifadə olunub. Praqanın 75 kilometrliyində yerləşən bu katolik kilsəsinin  12-13-cü əsrlərdə inşa edildiyi bildirilir.

 

Hətta kilsənin əsas xaçı, şamdanlar, divardakı naxışlar da insan sümüyündən hazırlanıb. Buradakı sümüklərin “xaç uğrunda” döyüşlərdə öldürülən katolik xristianlara aid olduğu vurğulanır.  

 

# 611
avatar

Tural TURAN

Oxşar yazılar