ÇL: “Qarabağ” “Kukesi” ilə heç-heçə etdi
25 iyul 2018 22:58 (UTC +04:00)

ÇL: “Qarabağ” “Kukesi” ilə heç-heçə etdi

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

 

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Kukesi” ilə qarşılaşıb.

 

Qurban Qurbanovun yetirmələri ilk sınağına Albaniyada çıxıb. Görüş 0:0 hesablı bərabərliklə başa çatıb. Bir həftə sonra baş tutacaq cavab oyunu öncəsi səfərdən sərfəli nəticə ilə dönən ağdamlılar turu keçmək üçün doğma meydanda qələbə qazanmalıdır.

 

İlk raundda Sloveniya “Olimpiya”sını qol buraxmadan (1:0, 0:0) keçən “Qarabağ” yenilənmiş heyəti ilə son illərin uğurlarını təkrarlamaq iddiasındadı. Ardıcıl 4 dəfə avrokubokların qrupuna düşən çempionumuz 3 dəfə Avropa Liqası, ötən il Çempionlar Liqasına əsas raunda yüksəlib.

 

 

Çempionlar Liqası

 

II təsnifat mərhələsi

 

İlk oyun

 

 

25 iyul

 

“Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) - 0:0

 

Şkoder. Loro Boriçi stadionu

 

 

# 697
avatar

Oxşar yazılar