Adnan Oktarın evindən görün hansı silahlar çıxdı
25 iyul 2018 17:38 (UTC +04:00)

Adnan Oktarın evindən görün hansı silahlar çıxdı

İstanbul polisi Türk İslam Camaatı lideri Adnan Oktarın evindən çıxan silahları mediaya təqdim edib. Lent.az "Demirören" xəbər agentliyinə istinadən xəbər verir ki, camaat rəhbərinin evindən 17 ədəd müxtəlif ölkələrin istehsalı olan tüfənglər, avtomatlar, eləcə də 70 ədəd tapança aşkar edilərək götürülüb.

 

Maraqlı məqam ondan ibarətdir ki, silahların əksəriyyətinin lisenziyası var. Hətta aşkarlanan silah-sursat içərisində polislərin istifadə etdiyi simsiz rabitə vasitəsinin olduğu da bildirilir.

 

Qeyd edək ki, “Adnan Oktar işi”ndə bu günə qədər 190 nəfər saxlanılıb. Onlardan 169 nəfəri həbs edilib.

 

 

# 443
avatar

Tural TURAN

Oxşar yazılar