<b>Fransada milçəklərin kütləvi məhvinə qərar verildi</b>
25 iyul 2018 10:09 (UTC +04:00)

Fransada milçəklərin kütləvi məhvinə qərar verildi

Fransa hökuməti milçəklərin kütləvi şəkildə məhvi ilə bağlı qərar çıxarıb.

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Maine-et-Loire bölgəsinin Briollay qəsəbəsinə aramsız yağan yağışlar özü ilə “milçək ordusu” da gətirib. Nəticədə ətraf bölgənin əhalisi milçəklərin hücumuna məruz qalıb. Bələdiyyə rəhbərliyi bu barədə mərkəzi hökumətə məlumatdan sonra qərar çıxarılıb.

 

Qərara görə, milçəklər xüsusi üsullarla məhv ediləcək. Hökümət bu qərarı həmin bölgənin bələdiyyə sədri Andre Marçanın təklifi əsasında hazırlayıb və qərar ancaq Maine-et-Loire bölgəsinə şamil ediləcək.

 

# 238
avatar

Tural TURAN

Oxşar yazılar