[b]Ermənistanda 60 mln. dollarlıq korrupsiya halı aşkarlandı [/b]
25 iyul 2018 07:40 (UTC +04:00)

[b]Ermənistanda 60 mln. dollarlıq korrupsiya halı aşkarlandı [/b]

Ermənistanda mayın 8-dən iyulun 20-dək keçirilən antikorrupsiya tədbirləri nəticəsində 29,2 mlrd. dram (60 mln. dollardan çox) həcmində korrupsiya faktı aşkarlanıb.       

 

APA-nın xəbərinə görə, bu barədə “Facebook” səhifəsində Ermənistan baş nazirinin korrupsiya ilə mübarizə üzrə köməkçisi Aren Mkrtçyan bildirib.  

 

O qeyd edib ki, qanun pozuntuları əsasən vəsaitlərin mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqla bağlıdır.

 

“Antikorrupsiya tədbirləri davam etdirilir”, - deyə Aren Mkrtçyan əlavə edib.  

 

 

# 392
avatar

Oxşar yazılar