Mina üçün 30 milyonluq təklif
25 iyul 2018 04:32 (UTC +04:00)

Mina üçün 30 milyonluq təklif

“Barselona”nın müdafiəçisi Yerri Mina daha 2 klubun maraq dairəsinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Lion” və “Mançester Yunayted” də Kolumbiya millisinin üzvünü transfer etmək niyyətindədi.
 
 
 
“Qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo gənc oyunçunun alınmasını tələb edib. Lakin “Lion” artıq qarşı tərəflə danışıqlara başlayıb. Fransa klubu bu keçid müqabilində 30 milyon avro təklif edib. Ancaq Mina “Barsa”dan ayrılacağı təqdirdə, İngiltərə Premyer Liqasında oynamaq istədiyini bildirib. “Mançester Yunayted” isə tezliklə rəsmi təklif göndərəcək.
 
 
 
Qeyd edək ki, Yerri Mina “Everton” və “Zenit”in də gündəmindədi.
# 347
avatar

Oxşar yazılar