[b]Rusiyada jurnalist öldürüldü[/b]
25 iyul 2018 02:57 (UTC +04:00)

[b]Rusiyada jurnalist öldürüldü[/b]

 

 

Rusiyanın Nijni Novqorod şəhərində 27 yaşlı  jurnalist Denis Suvorov qətlə yetirilib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatına əsasən, üzərində müxtəlif xəsarətlər olan meyit iyulun 24-də “Kazanskaya naberejnaya” adlanan ərazidə aşkarlanıb.   

 

Fakt üzrə “qətl” maddəsi üzrə cinayət işi başlanıb, birgə istintaq-əməliyyat qrupu yaradılıb.   

 

Hadisənin təfərrüatları müəyyənləşdirilir.   

 

“Nijni Novqorod” Dövlət Teleradio Şirkətinin əməkdaşı Suvorov “Vesti-Povolje” və digər verilişlərin aparıcısı, həmçinin teleşirkətin saytının redaktoru olub.   

 

# 251
avatar

Oxşar yazılar