"Özilə qarşı irqçi davranış qəbuledilməzdir" <span style="color:red;">- Ərdoğan
24 iyul 2018 19:35 (UTC +04:00)

"Özilə qarşı irqçi davranış qəbuledilməzdir" - Ərdoğan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya millisindəki karyerasını bitirən Məsut Özilə dəstək verib. Apasport.az saytının “Die Welt”ə istinadən məlumatına görə, siyasətçi Türkiyə əsilli futbolçuya qarşı irqçi davranışın qəbuledilməz olduğunu deyib.

 

 

“Dini baxışı səbəbindən, həmişə Almaniya yığma komandası üçün əlindən gələn hər şeyi ortaya qoyan bir gəncə qarşı belə irqçi yanaşma qəbuledilməzdi. Onun gözlərindən öpürəm və bəyanatını tamamilə dəstəkləyirəm” – deyə, Ərdoğan vurğulayıb.

 

Türkiyə prezidenti son olaraq Özilə dəstək vermək üçün onunla telefonda danışdığını bildirib.

 

Qeyd edək ki, Məsut Özil irqçi davranışları əsas gətirərək yığma karyerasına son qoyduğunu açıqlayıb.

# 388
avatar

Oxşar yazılar