“Qarabağ” – “Kukesi” cütünün rəqibləri müəyyənləşir
23 iyul 2018 11:33 (UTC +04:00)

“Qarabağ” – “Kukesi” cütünün rəqibləri müəyyənləşir

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir mürəkkəbliyi ilə seçiləcək.

 

Püşkatma iki hissədən ibarət olacaq. Bakı vaxtı ilə saat 14:45-də Çempionlar yolundakı cütlər müəyyənləşəcək. Burada Çempionlar Liqasının uğursuzları mübarizə aparır.

 

Qitənin ən nüfuzlu klub turnirinin II təsnifat mərhələsinin cütləri səpələnib. Həmin matçlarda uduzanlar burada çıxış edəcək. Onların rəqibləri isə  Çempionlar Liqasının Çempionlar yolunun ilkin və 1-ci raundunda uduzanlar – 9 cüt və 1 komanda olacaq. Azərbaycan çempionu “Qarabağ”ın “Kukesi” ilə görüşündə məğlub olan da rəqibini tanıyacaq.

 

Saat 16:00-da isə Əsas yol üzrə püşk atılacaq. Burada 2-ci raundun 37 cütü, mübarizəyə birbaşa qatılacaq 13 klub, həmçinin Çempionlar Liqasının Liqa yolunun II təsnifat mərhələsinin iki cütlüyü püşkə qatılacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi

 

Çempionlar yolu

 

1-ci qrup

Səpələnmişlər

“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan) cütünün məğlubu

ÇFR (Rumıniya) - “Malmö” (İsveç) cütünün məğlubu

BATE (Belarus) - HİK (Finlandiya) cütünün məğlubu

“Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova) cütünün məğlubu

“Legiya” (Polşa) - “Spartak” (Slovakiya) cütünün məğlubu

Səpələnməmişlər

“Zrinski” (Bosniya və Herseqovina) - “Valletta” (Malta) cütünün qalibi

“FK Santa Koloma” (Andorra) - “Valyur” (İslandiya) cütünün qalibi

“Sutyeska” (Monteneqro) - “Alaşkert” (Ermənistan) cütünün qalibi

“Düdelanj” (Lüksemburq) – “Drita” (Kosovo) cütünün qalibi

“Olimpiya” (Sloveniya) - “Kruzaders” (Şimali İrlandiya) cütünün qalibi

 

2-ci qrup

Səpələnmişlər

“Astana” (Qazaxıstan) - “Midtulland” (Danimarka) cütünün məğlubu

“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Hapoel” (Beyer-Şeva, İsrail) cütünün məğlubu

“Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva) cütünün məğlubu

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç) cütünün məğlubu

Səpəıənməmişlər

TNS (Uels) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

“Torpedo” (Kutaisi, Gürcüstan) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Spartak” (Latviya) - “La Fiorita” (San-Marino) cütünün qalibi

APOEL (Kipr) - “Flora” (Estoniya) cütünün qalibi

“Kork Siti” (İrlandiya)

 

Əsas yol

“Zenit” (Rusiya)

“Olimpiakos” (Yunanıstan)

“Braqa” (Portuqaliya)

“Gent” (Belçika)

“Feyenoord” (Hollandiya)

“Rapid” (Avstriya)

“Riyeka” (Xorvatiya)

“Zarya” (Ukrayna)

“Başakşəhər” (Türkiyə)

“Lütsern” (İsveçrə)

“Siqma” (Çexiya)

“Brondbü” (Danimarka)

“Universtatya” (Krayova, Rumıniya)

“Molde” (Norveç) - “Laçi” (Albaniya) cütünün qalibi

“Partizan” (Serbiya) - “Trakai” (Litva) cütünün qalibi

“Dandalk” (İrlandiya) - AEK (Kipr) cütünün qalibi

“Leyptsiq” (Almaniya) - “Haken” (İsveç) cütünün qalibi

LASK (Avstriya) - “Lillestrom” (Norveç) cütünün qalibi

“Sarayevo” (Bosniya və Herseqovina) - “Atalanta” (İtaliya) cütünün qalibi

“Baltsan” (Malta) - “Slovan” (Slovakiya) cütünün qalibi

“Qurnik” (Polşa) - “Trençin” (Slovakiya) cütünün qalibi

“Styarnan” (İslandiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi

“Honved” (Macarıstan) - “Proqres” (Lüksemburq) cütünün qalibi

“Jalgiris” (Litva) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Nordsyelland” (Danimarka) - AİK (İsveç) cütünün qalibi

“Makkabi” (Təl-Əviv, İsrail) - “Radniçki” (Serbiya) cütünün qalibi

“Ufa” (Rusiya) - “Domjale” (Sloveniya) cütünün qalibi

“Osiyek” (Xorvatiya) - “Reyncers” (Şotlandiya) cütünün qalibi

“Kayrat” (Qazaxıstan) - “Alkmaar” (Hollandiya) cütünün qalibi

“Rudar” (Sloveniya) - “Styaua” (Rumıniya) cütünün qalibi

MOİK (Bolqarıstan) - “Admira Vaker” (Avstriya) cütünün qalibi

“Tobol” (Qazaxıstan) - “Pünik” (Ermənistan) cütünün qalibi

“B36 Torshavn” (Farer adaları) - “Beşiktaş” (Türkiyə) cütünün qalibi

“Aberdin” (Şotlandiya) - “Bernli” (İngiltərə) cütünün qalibi

“Hapoel” (Hayfa, İsrail) - “Hafnarfyordur” (İslandiya) cütünün qalibi

“Spartak” (Serbiya) - “Sparta” (Çexiya) cütünün qalibi

“Yagelloniya” (Polşa) - “Rio Ave” (Portuqaliya) cütünün qalibi

“Streda” (Slovakiya) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi

“Ventspils” (Latviya) - “Bordo” (Fransa) cütünün qalibi

“Şaxtyor” (Belarus) - “Lex” (Polşa) cütünün qalibi

“Jelezniçar” (Bosniya və Herseqovina) - “Apollon” (Kipr) cütünün qalibi

“Hibernian” (Şotlandiya) - “Asteras” (Yunanıstan) cütünün qalibi

“Vitorul” (Rumıniya) - “Vitess” (Hollandiya) cütünün qalibi

“Çixura” (Gürcüstan) - “Maribor” (Sloveniya) cütünün qalibi

“Sent-Qallen” (İsveçrə) - “Sarpsborq” (İsveç) cütünün qalibi

“Genk” (Belçika) - “Fola” (Lüksemburq) cütünün qalibi

“Dinamo” (Brest, Belarus) - “Atromitos” (Yunanıstan) cütünün qalibi

“Yurqarden” (İsveç) - “Mariupol” (Ukrayna) cütünün qalibi

“Sevilya” (İspaniya) - “Uypeşt” (Macarıstan) cütünün qalibi

“Hayduk” (Xorvatiya) - “Slaviya” (Bolqarıstan) cütünün qalibi

PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə) cütünün məğlubu

“Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya) cütünün məğlubu

 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 9-da və 16-da keçiriləcək.

# 442
avatar

ApaSport TV

Oxşar yazılar