Birinci vitse-prezidentə sui-qəsd – <span style="color:red;">14 ölü, 60 yaralı
23 iyul 2018 09:48 (UTC +04:00)

Birinci vitse-prezidentə sui-qəsd – 14 ölü, 60 yaralı

Ankara səfərindən qayıdan Əfqanıstan prezidentinin köməkçisi, birinci vitse-prezident səlahiyyətlərini icra edən özbək əslli general Rəşid Dostum Kabil Hava Limanında silahlı hücuma məruz qalıb.

                       

Lent.az sozcu.com.tr-yə istinadla bildirir ki, oktyabr ayında Əfqanıstanda keçiriləcək prezident seçkilərdə namizədliyini verəcəyini açıqlayandan sonra prezidentin köməkçisinə sui-qəsd olunub. Nəticədə 14 nəfər ölüb, 60 nəfər yaralanıb. Ölkənin Səhiyyə Nazirliyi ölənlərin sayının artacağını istisna etmir.

 

Özbək əslli general mediaya açıqlamasında hadisə nəticəsində 9 cangüdəninin həlak olduğunu vurğulayıb. O, baş verənləri Əfqanıstan dövlətçiliyinə sui-qəsd adlandırıb.

 

Qeyd edək ki, aparılan sorğuların nəticələrinə görə, Rəşid Dostum Əfqanıstanda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş şəxslər içərisində ən yüksək reytinqə malik olan şəxsdir.

 

# 271
avatar

Tural TURAN

Oxşar yazılar