[b]Ermənistan Rusiyadan kreditə 200 mln. dollarlıq silah aldı [/b]
22 iyul 2018 21:46 (UTC +04:00)

[b]Ermənistan Rusiyadan kreditə 200 mln. dollarlıq silah aldı [/b]

 

 

Yerevan və Moskva arasında imzalanmış kredit sazişi üzrə Rusiyanın Ermənistana 200 mln. dollar dəyərində silah tədarükü başa çatdırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.  

 

“Müasir silahlar tədarük edilib. İstisna deyil ki, bu cür silahlar heç Rusiya ordusunun özünün arsenalında yoxdur”, - deyə erməni nazir vurğulayıb.  

 

David Tonoyan əlavə edib ki, dost münasibətləri olan Ermənistan və Rusiya arasında bir çox müqavilələr bağlanılsa da, lazım gəldikdə sazişlərdəki bəzi müddəalar yenidən nəzərdən keçirilə bilər.    

 

200 milyon dollar dəyərində Rusiya istehsalı olan silahların alınması üçün nəzərdə tutulmuş qeyd olunan kredit sazişi (illik 3 faizlə) iki ölkə arasında 2015-ci ilin iyununda imzalanıb.   

 

 

# 210
avatar

Oxşar yazılar