<b>İranda zəlzələ: 287 yaralı </b>- <span style="color:red;">YENİLƏNİB-2
22 iyul 2018 23:08 (UTC +04:00)

İranda zəlzələ: 287 yaralı - YENİLƏNİB-2

 

İranın Kirmanşah əyalətində 5,9 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb.

 

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə əyalətin qubernatoru Hüşənd Bəzvənd bildirib.

 

Onun sözlərinə görə, zəlzələ 43 kəndə ziyan vurub, 101 bina tamamilə, 800-dən çoxu isə qismən  uçub. Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir.

 
 
***** 20.15
 
 
Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.
 
 
 
APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi  əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.
 
 
 
Qeyd edək ki,  undan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

 

 

*** 12.23

 

 

Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələolub.

 

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji mərkəzi məlumat yayıb.

 

Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.

 

 

Qeyd edək ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olub,  600-dən çox insan ölüb.

# 366
avatar

APA Baycan

Oxşar yazılar