“Roma”da qapıçı axtarışları
21 iyul 2018 18:26 (UTC +04:00)

“Roma”da qapıçı axtarışları

 
Braziliyalı qapıçı Alisson Bekkeri “Liverpul”a satdıqdan sonra qolkiper axtarışına çıxan İtaliya “Roma”sı problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “canavarlar” İsveç yığmasının qapıçısı Robin Olsenin keçidində razılıq əldə edə bilmir.
 
Danimarkanın “Kopenhagen” klubu ilə bir neçə gündü danışıqlar aparan romalılar qiymət məsələsində ortaq məxrəc tapa bilmir. İtaliyalılar 12 milyon avrodan artıq ödəmək fikrində deyil. Şimallılar isə qolkiper üçün 16 milyon tələb edir.
# 327
avatar

Oxşar yazılar