[b]İranda terrorçuların hücumu zamanı 10 hərbçi həlak olub[/b]
21 iyul 2018 15:37 (UTC +04:00)

[b]İranda terrorçuların hücumu zamanı 10 hərbçi həlak olub[/b]

Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin  Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda  Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və  terrorçu qüvvələr postun  silah-sursat  anbarında partlayış törədiblər. Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.

 

Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb. Sağ qalan terrorçular qaçaraq başqa ölkənin ərazisinə keçib.

# 318
avatar

APA Baycan

Oxşar yazılar