[b]“Mən bənna yox, aşıq qızıyam…” - <span style="color:red;">Nazpəri [/b]
20 iyul 2018 15:17 (UTC +04:00)

[b]“Mən bənna yox, aşıq qızıyam…” - Nazpəri[/b]

“Aşıq sənəti ilə bağlı elmi iş (fəlsəfə doktorluğu) müdafiə etməyimdən narahat olanlar və sevinənlər... Bildirmək istəyirəm ki, Şamaxının, həmçinin Şirvan elinin məşhur aşıqlarından olan aşıq Əhmədəlinin ailəsində dünyaya göz açmışam”.

 

Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva instaqramda yazıb. Son zamanlar elmi ad alması ilə gündəmə gələn müğənni onu tənqid edənlərə cavab verib:

 

“Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarları qarşısında mənəvi borcumdur. Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam.  Mövzu barədə yaxın günlərdə ilk dəfə açıqlayacağım faktlar, geniş müsahibəm olacaq”.

# 453
avatar

Oxşar yazılar