[b]Azərbaycan klubları Avropa Liqası ilə vidalaşdı[/b]
20 iyul 2018 01:01 (UTC +04:00)

[b]Azərbaycan klubları Avropa Liqası ilə vidalaşdı[/b]

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.

 

Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb. Öncə Bakıdakı matç start götürüb. “Keşlə” öz meydanında “Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb.

 

“Qəbələ” Lüksemburqda “Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib. “Neftçi” isə Macarıstanda “Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.

 

 

Avropa Liqası

 

I təsnifat mərhələsi

 

Cavab oyunları

 

19 iyul

 

 

“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) - 4:0

 

Qollar: Litauski, 19, Sankoviç, 21, Zoster, 50, Obinna Nvobodo, 65

 

İlk oyun – 1:3

 

 

 

“Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) - 0:1

 

Qol: Monroz, 28

 

İlk oyun – 2:0

 

 

 

“Keşlə” (Azərbaycan) – “Baltsan” (Malta) - 2:1

 

Qollar: Sezar Meza Kolli, 11, Slavik Alxasov, 90+1 - Maydevaç, 90+6

 

İlk oyun – 1:4

 

 

# 369
avatar

Oxşar yazılar