[b]Tramp Putini Vaşinqtona dəvət etdi[/b]
20 iyul 2018 00:20 (UTC +04:00)

[b]Tramp Putini Vaşinqtona dəvət etdi[/b]

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini bu ilin payızında Vaşinqtona səfər etməyə dəvət edib.

 

APA-nın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.

 

“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərlə bağlı müzakirələr artıq başlayıb”, S.Sanders yazıb.

 

# 384
avatar

Oxşar yazılar