<b>Tramp Ərdoğandan keşişin azad edilməsini istədi</b>
19 iyul 2018 10:04 (UTC +04:00)

Tramp Ərdoğandan keşişin azad edilməsini istədi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan həbsdə olan keşiş Andro Rahim Brunsonun azad edilməsini istəyib. Lent.az milliyet.com.tr-yə istinadla bildirir ki, ABŞ prezidenti Ərdoğana çağırışı rəsmi “tvitter” hesabı üzərindən edib.  Tramp Amerikada sayılıb-seçilən keşişlərdən sayılan Brunsonun indiyə qədər həbsdə saxlanmasının utancverici olduğunu vurğulayıb:

“O, yaşlı adamdır. Səhv bir şey etməyib. Ailəsinin ona ehtiyacı var”.

Qeyd edək ki, 15 iyul 2016-ci ildə dövlət çevrilişinə cəhddən sonra həbs edilən amerikalı keşiş hərbi casusuluqda ittiham edilir.

 

# 281
avatar

Tural TURAN

Oxşar yazılar