Kabus şəhər 1,4 milyona satıldı
19 iyul 2018 04:44 (UTC +04:00)

Kabus şəhər 1,4 milyona satıldı

ABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb.

 

Lent.az-ın “Oxu.az”-a istinadən xəbərinə görə, şəhər 1865-ci ildə gümüş mədəni yaxınlığında salınıb və bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub.

 

Daşınmaz əmlak agentinin sözlərinə görə, bu şəhər “vəhşi Qərbin” ayrılmaz hissəsinə çevrilib: “Bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilirdi”.

 

Gümüş və neftin ucuzlaşmasından sonra sakinlər şəhəri tərk etməyə başlayıblar. Sonra böyük yanğın meydana gəlib və Kerro-Qordo tamamilə boşalıb.

 

Şəhərin yeni sahibi olan investisiya qrupu Kerro-Qordonu turist marşrutlarının tərkib hissəsinə çevirmək niyyətindədir.

 

# 416
avatar

Oxşar yazılar