Ramil Şeydayevlə bağlı qərar verildi
18 iyul 2018 14:24 (UTC +04:00)

Ramil Şeydayevlə bağlı qərar verildi

“Trabzonspor”da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə bağlı qərar verilib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, baş məşqçi Ünal Karaman gənc forvardın çıxışından məmnun qalmayıb.

Şeydayev Xorvatiya klubu “Lokomotiv”lə dünən keçirilən yoxlama görüşündə qələbə qolunu vurmasına baxmayaraq, çalışdırıcı yeni mövsümdə onun xidmətində maraqlı deyil. Lakin Karaman “Zenit”in yetirməsinin birdəfəlik satılmasının əleyhinədi. O, 22 yaşlı futbolçunun oyun praktikası toplaması üçün başqa kluba icarəyə verilməsini istəyib. Şeydayevin “bordo-mavililər”in Slovakiyada keçirəcəyi təlim-məşq toplanışına qatılmaması gözlənilir.

Qeyd edək ki, yığmamızın hücumçusu Avstriya klubu “Mattersburq”un maraq dairəsindədi.

# 348
avatar

Oxşar yazılar