[b]İki təyyarə havada toqquşdu[/b] - [b]ölənlər var[/b]
18 iyul 2018 05:09 (UTC +04:00)

[b]İki təyyarə havada toqquşdu[/b] - [b]ölənlər var[/b]

ABŞ-ın Florida ştatında iki kiçik mühərrikli təyyarə toqquşub.

 

APA-nın məlumatına görə, bu barədə CBS telekanalı xəbər verib.

 

Hadisə nəticəsində 3 nəfər ölüb. Mayami beynəlxalq hava limanının ərazisindəki təlim aerodromundan havaya qalxan təyyarələr havada toqquşub. Xilasedicilər aerodromdan 15  km aralıda hər iki təyyarənin qalıqlarını və 3 nəfərin meyitini aşkarlayıblar.

 

ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

 

 

# 422
avatar

Oxşar yazılar