Cavid Hüseynovdan yeni xəbər
17 iyul 2018 14:02 (UTC +04:00)

Cavid Hüseynovdan yeni xəbər

Avropa Liqasının I təsnifat mərhələsində “Proqres”in qonağı olacaq “Qəbələ” dünən səfərə yollanıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün Lüksemburqda ilk məşqini keçəcək.

 

“Qırmızı-qaralar”ın heyətlə bağlı ciddi probleminin olmaması vacib qarşılaşma öncəsi məşqçilər korpusunu sevindirməyə bilməz. Zədə ucbatından ilk görüşü buraxan kapitan Cavid Hüseynov artıq sıraya dönüb. Bir neçə gündü kollektivlə məşqlərə qoşulan milli komandamızın yarımmüdafiəçisi Differdanjdakı oyunda baş məşqçi Sənan Qurbanovun ixtiyarında olacaq. Onun ilk dəqiqələrdən meydana çıxması gözlənilir.

 

Qeyd edək ki, “Proqres” – “Qəbələ” oyunu iyulun 19-da keçiriləcək. Qəbələdə baş tutan ilk görüşdə qonaqlar 2:0 hesablı qələbə qazanmışdılar.

# 324
avatar

ApaSport TV

Oxşar yazılar