Tramp: “İranla nüvə sazişi ABŞ-ı qane etmir”
17 iyul 2018 07:55 (UTC +04:00)

Tramp: “İranla nüvə sazişi ABŞ-ı qane etmir”

İranla nüvə sazişinin qorunması Moskvanın marağındadır, lakin ABŞ-ı qane etmir.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra “Fox News” telekanalına müsahibəsində bildirib.   

 

“Düşünürəm ki, Vladimir Putin İrana dair sazişin qüvvədə qalmasını istəyir, çünki bu Rusiyanın marağındadır, onların İranla biznesi mövcuddur. Lakin bu bizi, eləcə də, bütün dünyanı qane etmir”, - deyə Yramp vuqğulayıb.    

 

Qeyd edək ki, ABŞ birtərəfli qaydada İranla bağlanmış nüvə sazişini tərk edərək, Tehrana qarşı bütün sanksiyaları bərpa edib.                  

# 293
avatar

Oxşar yazılar