[b]Serj Sarkisyanın qardaşı oğlu adam oğurluğunda günahlandırılır [/b]
17 iyul 2018 07:26 (UTC +04:00)

[b]Serj Sarkisyanın qardaşı oğlu adam oğurluğunda günahlandırılır [/b]

Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin məlumatında bildirilir.     

 

Məlumata görə, insident 2017-ci ilin avqustunda baş verib. Hadisənin qurbanı Yerevanın mərkəzində əcnəbi turistlər üçün gecə klubu açmaq istəyən 49 yaşlı kişi olub.   

 

“2017-ci ilin avqustun ortalarında Narek Sarkisyanın mühafizə rəisi Artyom Poqosyan həmin şəxsi söhbət etməyə çağırıb. Lakin yol kəsişmələrindən birində sahibkar oğurlanıb və güc tətbiq edilməklə Narek Sarkisyana məxsus evə aparılaraq,  zirzəmisinə salınıb”, - deyə məlumatda deyilir.  

 

Zirzəmiyə salınan sahibkar döyülüb və işgəncələrə məruz qalıb: “Sarkisyan onu tapança ilə hədələyib, qaz avadanlığı ilə yanıq xəsarətləri yetirib. Daha sonra həmin şəxs Sarkisyana məxsus yük maşınlarının servis mərkəzinə gətirilərək təkrar döyülüb. Klub biznesi ilə məşğul olmayacağını vəd etdikdən sonra sərbəst buraxılıb”.  

 

Baş Cinayət-Axtarış İdarəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

 

Bundan əvvəl N.Sarkisyan digər cinayət işi çərçivəsində silah və narkotik saxlamaqda və dələduzluqda ittiham edilərək axtarışa verilib.

 

Qeyd edək ki, Sej Sarkisyanın qardaşı Levon Sarkisyan və qardaşı qızı “qanunsuz varlanma” və gəlirlər bəyannaməsində yalan məlumatlar əks etdirməkdə ittiham olunaraq barələrində axtarış elan edilib.  

 

 

# 231
avatar

Oxşar yazılar