Tramp: “2020-də prezidentliyə namizədliyimi verəcəyəm”
16 iyul 2018 15:53 (UTC +04:00)

Tramp: “2020-də prezidentliyə namizədliyimi verəcəyəm”

Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Donald Tramp səhhətində heç bir problem olmayacağı təqdirdə 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini deyib.

Lent.az hurriyet.com.tr-yə istinadla bildirir ki, Donald Tramp təmsil etdiyi partiyanın ondan layiqli namizəd tapmayacağını da söyləyib. ABŞ prezidenti 2020-ci ildə keçiriləcək prezident seçkilərində rəqib Demokratlar Partiyasının ünvanına da fikirlər səsləndirib:

“Ümid edirəm ki, həmişəki kimi asan olacaq. Demokratlar Partiyasından yenə də məndən nüfuzlu rəqibin qarşıma çıxmayacağına inanıram”.  

# 388
avatar

Tural TURAN

Oxşar yazılar