Şakiri rəsmən "Liverpul"da
14 iyul 2018 04:47 (UTC +04:00)

Şakiri rəsmən "Liverpul"da

İngiltərənin “Stok Siti” klubu və İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakiri “Liverpula” keçib.

 

APA-nın xəbərinə görə, bunu “Liverpul” klubunun mətbuat xidməti bəyan edib. Məlumata görə, 26 yaşlı C.Şakiri ilə uzunmüddətli müqavilə imzalanıb.

 

2015-ci ildən “Stok Siti”nin şərəfini qoruyan C.Şakiri əvvəllər “Bazel”, “Bavariya” və Milanın “İnter” klubunda çıxış edib. Ötən mövsümdə 36 dəfə meydana çıxan isveçrəli futbolçu 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.  İsveçrə millisinin heyətində 74 matç keçirlən C.Şakiri 21 dəfə rəqib qapısına yol tapıb. 

 

# 859
avatar

Oxşar yazılar