DÇ-2018: Rakitiç alnına tatu etdirəcək
13 iyul 2018 21:14 (UTC +04:00)

DÇ-2018: Rakitiç alnına tatu etdirəcək

Xorvatiya millisinin aparıcı futbolçularından olan İvan Rakitiç dünya çempionatının finalına vəsiqə qazanmalarını dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Barselona”nın yarımmüdafiəçisi bunun uşaqlıq arzusu olduğunu bildirib.

 

Rakitiç buna qədər əsas hədəflərinin böyük turnirlərə qatılmaq olduğunu söyləyib: “Finalda oynamaq çox gözəl hissdi, sözlə ifadə etmək mümkün deyil. Xorvatiya millisinə çağırıldığım ilk gündən ən böyük arzum bu forma ilə dünya çempionatının finalında iştirak etmək olub. Açıq danışmaq lazımdı, bizim əsas hədəfimiz hər iki ildən bir keçirilən dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq olub. Bu üzdən də indi çox xoşbəxtik”.

 

30 yaşlı orta sahə oyunçusu mundialın qalibi olacaqları təqdirdə tatu etdirəcəyini vurğulayıb: “Bəli, tatu etdirmək fikrim var. Alnımda kifayət qədər boş yer var. Fikrimcə, bu, əla variantdı. Həyat yoldaşımla məsləhətləşəcəm”.

 

Qeyd edək ki, dünya çempionatının final görüşü iyulun 15-də Xorvatiya ilə Fransa arasında keçiriləcək.

 

 

 

# 319
avatar

Oxşar yazılar