“Keşlə” – “Baltsan” oyununda rusiyalı hakimlər
13 iyul 2018 11:58 (UTC +04:00)

“Keşlə” – “Baltsan” oyununda rusiyalı hakimlər

 

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Keşlə” – “Baltsan” (Malta) matçının təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 19-da baş tutacaq qarşılaşmanı rusiyalı ədalət təmsilçiləri idarə edəcək.

 

“Dalğa Arena”da keçiriləcək görüşdə Mixail Vilkov fit çalacaq. Onun köməkçiləri Aleksey Vorontsovla Vladimir Mineviç olacaq. Dördüncü hakim funksiyasını Aleksey Suxoy yerinə yetirəcək.

 

 

Oyunun UEFA nümayəndəsi şimali irlandiyalı Krauford Vilson, hakim-inspektor isə ingiltərəli Stefen Lodj olacaq.

# 259
avatar

Oxşar yazılar