[b]Ronaldo “Yuventus”da[/b]
10 iyul 2018 20:17 (UTC +04:00)

[b]Ronaldo “Yuventus”da[/b]

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun İtaliyanın “Yuventus” klubuna keçidi rəsmiləşib. Apasport.az-ın məlumatına görə, bunu İspaniyanın “Real” klubunun rəsmi saytı açıqlayıb.

 

Madridlilər 2009-cu ildən klubun şərəfini qoruyan hücumçunun Turin təmsilçisinə keçdiyini elan edib. Lakin transferin rəsmi məbləğini açıqlamayıb.

 

İspaniyanın “Marka” nəşri 438 oyunda 451 qol vuran Ronaldunun keçidinin 105 milyon avroya rəsmiləşdiyini iddia edir.

# 406
avatar

Oxşar yazılar