“Yuventus”un prezidenti Ronaldo ilə görüşdü
10 iyul 2018 19:30 (UTC +04:00)

“Yuventus”un prezidenti Ronaldo ilə görüşdü

“Real”ın suyperulduzu Kriştianu Ronaldonun “Yuventus”a keçidi hər an gerçəkləşə bilər. Apasport.az-ın goal.com saytına istinadən məlumatına görə, portuqaliyalı futbolçu Turin klubunun prezidenti Andrea Anyelli ilə bu gün görüşüb.

 

Belə ki, Anyelli şəxsi təyyarəsi ilə Ronaldonun istirahət etdiyi Yunanıstana yollanıb və tərəflər arasında görüş baş tutub. 34 yaşlı forvardın qaldığı oteldə bir araya gələn cütlük müqavilənin detallarını müzakirə edib. Prezidentin Ronaldoya ilinə 30 milyon avro maaş olmaqla, 4 illik sözləşmə təklif etdiyi bildirilir. Oyunçunun meneceri Xorxe Mendes isə eyni vaxtda İspaniyada “Real” rəhbərliyi ilə görüşərək, ayrılıq qərarını açıqlayıb.

 

Transferin həftə ərzində baş tutması və “Real”ın bu keçiddən 100 milyon avro gəlir əldə etməsi gözlənilir.

# 347
avatar

Oxşar yazılar