<b>Şou-biznesdə yeni <span style="color:red;">QALMAQAL  - Bu dəfə birincilik davası</b>
10 iyul 2018 13:35 (UTC +04:00)

Şou-biznesdə yeni QALMAQAL - Bu dəfə birincilik davası

Şou-biznesdə daha bir qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, bu dəfə müğənni Roza Zərgərli ilə Nura Suri ilə üz-üzə gəlib. Roza “Xəzər maqazin”ə müsahibə verərək, onu təkrarçılıqda ittiham edən Nuranın cavabını verib:

 “Nura kitab yazıbsa, gərək bunu işıqlandırardı. Birinci edən yox, birinci təqdim edəndir ilk. Nura xanım kitab yazıb üzə çıxarmayıbsa, bu, onun tənbəlliyidir. Bir layihə üzərində çalışan insan onu piar etməlidir və insanların ixtiyarına verməlidir.

24 saat işlərimlə bərabər kitabımın üzərində işləmişəm. Deməli, mən əziyyət çəkən insanam. Burdan bir fikir deyim, Nura xanım da eşitsin. İlk önəmli deyil, keyfiyyət önəmlidir. Kitabını təqdim etsin, məni də dəvət eləsin. Mənim aldığım rəylərin 20 faizini alsın, sonra ilkə imza atmış olsun”.

 

# 349
avatar

Yalçın UĞUR

Oxşar yazılar