<b>Türkiyənin tanınmış müğənniləri qəzaya düşdülər</b>
10 iyul 2018 10:50 (UTC +04:00)

Türkiyənin tanınmış müğənniləri qəzaya düşdülər

Türkiyədə dəniz kənarında istirahətə yollanan tanınmış müğənnilər Mustafa Sandal və Gökhan Türkmən yaxta ilə qəzaya düşüblər.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Muğlada həmkarı Gökhan Türkmənlə tətil keçirən Mustafa Sandal yaxta ilə limana çıxmaq istəyərkən lövbərin tutmaması nəticəsində gərgin anlar yaşayıb. Batma təhlükəsi yaşayan Sandal bir neçə saat hadisənin şokunda olub.  Hadisə zamanı Gökhan Türkmən ayağından yaralanıb. Həkimlərin müdaxiləsindən sonra müğənninin vəziyyətinin yaxşı olduğu açıqlanıb.

 

# 424
avatar

Oxşar yazılar