<b>ATV-dəki davaya daha bir aşıq qoşuldu - <span style="color:red;">VİDEO</b>
10 iyul 2018 10:30 (UTC +04:00)

ATV-dəki davaya daha bir aşıq qoşuldu - VİDEO

Aşıq Samirə Əliyeva həmkarları Namiq Fərhadoğlu ilə Fəzail Miskinli "10-dan sonra" verilişində əlbəyaxa dava etməsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, S.Əliyeva bu davada həmkarı F.Miskinlinin tərəfini saxlayıb: "Bu da aşıqlarımız" adı ilə paylaşılan gündəm mövzusu... Əvvəla, sözüm bu videonu çəkib paylaşanlaradır. Hər ailədə söz-söhbət olar. Eləcə də incəsənət aləmində. Aşıqlar da insandır. Onların da səbrinin həddi var. Bunu paylaşmaqla və ya sənətdə olan insanı gözdən salmaqla nə qazanırsız?

Bəli, mən razıyam, aşıq digər sənət adamlarından da nümunəvi olmalıdır. Amma yadda saxlayın ki, pul, ucuz reklam gücünə tanınanlara reytinq verən sizsiniz. Tək bir söz deyə bilərəm: hər əlinə saz alan aşıq deyil. Baxmayaraq ki, hərənin öz sevənləri, öz tamaşaçıları var. Heç kimi müzakirə etmək fikrim yoxdur. Çünki özlərindən çox sinələrindəki saza hörmətlə yanaşıram. 

Amma bilin ki, Fəzail Miskinli sıradan bir insan deyil. Ucuz reklama qaçan deyil. O insan baxmayaraq ki, mükəmməl saz ifaçısıdır, özünə aşıq demir. Saz ifaçısı deyir (digərlərindən fərqli olaraq). Fəzail bəyin sənəti, savadı, mədəniyyəti olmasa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, dosent kimi fəaliyyəti olmazdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru zirvəsinə ucalmazdı.

Özünü sənətə, elmə həsr edənlərimizi Allah qorusun belə şər- böhtandan. O cümlədən Fəzail qardaşımızı. Gəlin sənətkarlarımızı, sənətimizi özünə bu sənətdə yer edən təsadüfi viruslardan qoruyaq".

# 405
avatar

Yalçın UĞUR

Oxşar yazılar