(R) “ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək
09 iyul 2018 13:55 (UTC +04:00)

(R) “ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək

 

“Social Innovation Lab” (“Sil.”)  innovasiya mərkəzinin əsas təşkilatçılığı və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”-ın final mərhələsi keçirilib.  Burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb.

Qalib olan 3 komanda 1-2 Noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator (95,000 avro investisiya ilə) proqramı və pul mükafatları uğrunda yarışacaqlar. Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olunacaqlar. Bu  akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95,000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavə isə, “Grand Finale”-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: 10,000 avro,

– İkinci yer: 5,000 avro,

– Üçüncü yer: 2,500 avro.

– Hər biri 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: 25,000 avro)

– Dünya Finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. İştirak edən 46 ölkə arasında “ClimateLaunchpad” tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə ilə Azərbaycandır. Xatırladaq ki, ötən il 35 ölkənin iştirak etdiyi “ClimateLaunchpad” proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçib. Ölkə finalında “ən yaxşı 3 startap” dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail olub və hazırda Edinburq şəhərində “Greenhouse” inkubasiya proqramında layihələrini inkişaf etdirirlər. Ölkəmizdə hərkəs tərəfindən adı fəxrlə çəkilən “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova öz layihəsi üzərində məhz “ClimateLaunchpad” proqramında iştirak etmək üçün düşünməyə başladı, proqrama seçilən uğurlu layihələrdən biri oldu və məhz “ClimateLaunchpad” proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatını qazandı. Proqramdan sonra “ClimateLaunchpad”–ın davam edən mentor dəstəyi vasitəsilə proqramının mentorlarından biri “Sil.” həm-təsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etdi və təşəbbüsünə görə İvanka Tramp tərəfindən tərif aldı. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018-ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu.

Məlumat üçün bildirək ki, “ClimateLaunchpad” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” (Sil.)  innovasiya mərkəzidir, əsas tərəfdaşları “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və EY Azerbaijan (Qızıl Sponsor) qurumlarıdır. Barama İnnovasiyavə Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.

Layihə çərçivəsində komandaları qida ilə “Özsut” restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə Technote Media, Edumap və Real TV-yə məxsusdur,  

məkan tərəfdaşları isə Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.

Layihə barədə əlavə məlumatla https://climatelaunchpad.org/countries/azerbaijan/​ tanış ola bilərsiniz.


 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz 

 

 

# 394
avatar

Oxşar yazılar