“Atletiko” hücumçusunu “Valensiya”ya satdı
08 iyul 2018 14:20 (UTC +04:00)

“Atletiko” hücumçusunu “Valensiya”ya satdı

"Atletiko"nun hücumçusu Kevin Qameyro karyerasını “Valensiya”da davam etdirəcək. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisi futbolçusunu “yarasalar”a satıb.

 

Bu keçid “Atletiko”ya 14 milyon avro qazandırıb. Müqaviləyə 6 milyon avroluq bonus bəndi də salınıb. Transfer yaxın günlərdə rəsmiləşəcək.

 

Qeyd edək ki, Kevin Qameyro “Atletiko”ya 2016-cı ildə “Sevilya”dan keçib.

 

 

# 404
avatar

ApaSport TV

Oxşar yazılar