Tramp və NATO-ya qarşı aksiya
08 iyul 2018 02:56 (UTC +04:00)

Tramp və NATO-ya qarşı aksiya

Brüsseldə ABŞ prezidenti Donald Trampın NATO sammitinə gələcəyinə qarşı aksiya keçirilib. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, etirazçılar hərbi sahəyə xərclərin azaldılmasını, məktəblərin maliyyələşdirilməsini isə gücləndirməyi tələb ediblər. Aksiya iştirakçıları həmçinin daş kömür şaxtalarının və nüvə elektrik stansiyalarının bağlanılmasını tələb ediblər.

 

NATO sammiti 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək. Trampın Alyans üzvlərindən NATO-ya üzvlük haqlarının çoxaldılmasını tələb edəcəyi gözlənilir.    

# 242
avatar

Oxşar yazılar