Kaliforniyada yanğın: 3200 insan təxliyə edildi
08 iyul 2018 00:29 (UTC +04:00)

Kaliforniyada yanğın: 3200 insan təxliyə edildi

ABŞ-ın Kaliforniya ştatının Qolet şəhəri yaxınlığında güclü yanğın səbəbindən 3 min 200-dən çox insan evakuasiya edilib.
 
 
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 25-30 hektar ərazini əhatə edən yanğına səbəb yüksək dərəcəli temperatur və küləyin güclənməsi olub. Yanğın nəticəsində təxminən 20 bina, o cümlədən evlər, təsərrüfat tikililəri dağılıb. Hadisə yerinə 350 yanğınsöndürən maşın və dörd helikopter cəlb edilib.
# 495
avatar

Oxşar yazılar