Misirliləri təhqir edən qıza 11 il həbs
07 iyul 2018 23:52 (UTC +04:00)

Misirliləri təhqir edən qıza 11 il həbs

Qahirə məhkəməsi Livan vətəndaşı Mona əl-Mazbuha 11 il həbs cəzası verib.
 
 
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb qızın misirliləri təhqir etməsidir. Daha əvvəl Misir xalqının ünvanına söyüş və təhqirlə dolu video paylaşan Mona bu ölkəyə səfəri zamanı paytaxt küçələrində söyüldüyünü, ona sataşdıqlarını bildirmişdi. Daha sonra videonu silərək xalqdan üzr istəyən Mona bununla canını qurtara bilməyib.
 
 
Qahirədə böyük rezonansa səbəb olan videoya görə əl-Mazbuha misirlilər tərəfindən məhkəməyə verilib. 
# 347
avatar

Oxşar yazılar