Əvvəl 8 yaşlı bacısını, sonra anasını zorlayan dünyanın ən amansız manyakı
07 iyul 2018 16:25 (UTC +04:00)

Əvvəl 8 yaşlı bacısını, sonra anasını zorlayan dünyanın ən amansız manyakı

Pedro Alonso Lopez: Əvvəlcə 8 yaşlı bacısını, sonra anasını zorlayan dünyanın ən amansız manyakı

 

Pedro Alonso Lopez dünyanın ən amansız manyakı və 300-dən çox azyaşlı qızı zorladıqdan sonra öldürən canidir. O, 300-dən çox azyaşlı qızcığazı zorlamaqla dünya cinayət tarixinə ən qorxunc cinayətkar kimi düşüb.

 

Lent.az bataqlıq dolu həyatı və dəhşətli cinayətləri ilə onilliklərdir haqqında danışılan, filmlər çəkilən Pedro Alonso Lopez haqqında dəhşətli faktları sizə təqdim edir.

 

“Andes canavarı”nın uşaqlığı...

 

Cinayət aləmində onun ləqəbi “Andes canavarı” idi. Çünki əsas cinayətlərini Kolumbiyanın Andes bölgəsində törətdiyi üçün yerli media ona bu ləqəbi vermişdi. Rəsmi mənbələrdə adı Pedro Alonso Lopez kimi qeyd olunur. Amma bir sıra qaynaqlar onu Pedro Lopez Monsalve olaraq təqdim edir. Balaca Pedro 5 yaşında atasını itirir. 6 yaşında qonşuluqdakı yaşlı kişi tərəfindən təcavüzə məruz qalır. Psixoloji travma alan Pedro dayısının yanına qaçır. Orada dayısı ilə birgə narkotik bitkilərinin əkildiyi tarlada işləyir. Dayısının onu istismar etməsindən cana doyan Pedro yenidən anasının yanına qayıdır. Anası ilə birgə kakao toxumları sataraq ailənin dolanışığına yardımçı olmağa çalışır.

 

8 yaşlı bacısına təcavüz...

 

Pedro Alonso 14 yaşı olanda 8 yaşlı bacısına təcavüz edir. “Bunları anama desən səni öldürərəm” – deyərək bacısını hədələyir. Beləcə 8 yaşlı bacısına təcavüzü bir neçə ay davam edir. Bir gün bacısına təcavüz edərkən işdən erkən qayıdan anası Pedronu “iş başında” yaxalayır və gördüklərindən dəhşətə gəlir. Oğlunu evdən qovur. Pedro bu müddət ərzində Peruda və Ekvadorda 40-ya yaxın azyaşlını zorlayıb qətlə yetirir.

 

10 ildən sonra anasından intiqam...

 

Pedro Alonso Lopez 10 ildən sonra doğulduğu Santa İsabel qəsəbəsinə qayıdır. Anasına ondan intiqam almaq üçün gəldiyini deyir və anasına da təcavüz edir. İzi itirmək üçün gecə anasını bir çuvala salır və kəndin kənarından keçən çaya atır. Sonra yenidən “yoxa çıxır”.

 

İlk həbs...

 

Altı dəfə həbsdən qaçan Pedronu Kolumbiya polisi ilk dəfə 1980-ci ildə həbs edir. 100 azyaşlı qızcığazı zorlayıb öldürdüyü üçün ona ömürlük həbs cəzası verilir. Qapalı təcridxanaya aparılarkən yolda avtomobildən düşüb qaça bilir. Beləcə “Andes canavarı” 1999-cu ilə qədər 300-dən artıq kimsəsiz, dilənçi, qaraçı və səfil həyat tərzi sürən qızcığazı, yeniyetməni, eləcə də imkanlı şəxslərin uşaqlarını zorlayır, təcavüzdən sonra öldürərək basdırır.

 

“250 min dollarlıq baş...”

 

Tez-tez öz imicini dəyişən və özünü tanınmaz hala salan cani bu yolla polisdən və qurbanlarının yaxınlarından gizlənməyə çalışır. Hətta zorladıqdan sonra qətlə yetirdiyi kolumbiyalı narkobaronun qızına görə atası Lopezin başını gətirənə 250 min dollar mükafat vəd edir. Lopez yenə ələ keçmir.

 

Sonuncu dəfə ömürlük həbs...

 

Bu günə qədər sağ və ya ölü olması bilinməyən “Andes canavarı” 1999-cu ildə Peruda yaxalanır və Kolumbiyaya təhvil verilir. Ona ömürlük cəza kəsilir. 300 nəfəri öldürmək qəhrəmanlıqdır deyən Lopez, məhkəmədə özünü “yüz ilin ən dahi adamı” elan edir. Azadlığa buraxılmasa, hakimi də qızını zorlayıb öldürməklə hədələyir.

 

 

# 529
avatar

Tural TURAN

Oxşar yazılar