<b>Keçmiş baş nazirə 10 il həbs cəzası verildi</b>
07 iyul 2018 10:59 (UTC +04:00)

Keçmiş baş nazirə 10 il həbs cəzası verildi

Pakistanın keçmiş baş naziri Nəvaz Şərifə 10 il həbs cəzası verilib.

 

Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, “Avenfield işi” üzrə rüşvətxorluqda təqsirləndirilən keçmiş baş nazir 10 il həbs cəzası ilə yanaşı, 8 milyon funt sterlinq təzminat da ödəyəcək. İslamabadda keçirilən məhkəmə müttəhimsiz keçirilib və yekun qərar qəbul edilib.

 

Hazırda İngiltərədə ailəsi ilə istirahət edən baş nazir məhkəmənin qərarı ilə razılaşdığını, istirahəti bitincə Pakistana qayıdacağını deyib.

 

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilirdi.

 

# 363
avatar

Tural TURAN

Oxşar yazılar