Araz Abdullayevin transferi bu gün rəsmiləşəcək
06 iyul 2018 13:38 (UTC +04:00)

Araz Abdullayevin transferi bu gün rəsmiləşəcək

Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin “Panionios”a transferi bu gün gerçəkləşəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Yunanıstan mətbuatı yayıb.

 

Bildirilir ki, Abdullayev artıq Yunanıstandadı və bu gün tibbi müayinədən keçəcək. “Qəbələ”nin sabiq futbolçusu əvvəlcə klub prezidenti ilə görüşərək son detalları müzakirə edəcək. Onun gün ərzində Super Liqa təmsilçisi ilə sözləşməyə qol çəkəcəyi vurğulanıb. Lakin müqavilənin detalları barədə məlumat verilməyib.

 

Qeyd edək ki, bu günlərdə “Qəbələ” ilə 2019-cu ilin yanvarına qədər olan müqaviləsinə xitam verilən Araz Abdullayev 2012-ci ildə icarə əsasında “Panionios”un formasını geyinib.

# 311
avatar

Oxşar yazılar