<b>Leysan Pakistanı cənginə aldı: <span style="color:red;">18 ölü </b>
05 iyul 2018 13:24 (UTC +04:00)

Leysan Pakistanı cənginə aldı: 18 ölü

Pakistanın şərqindəki Lahor əyalətində bir neçə gündür davam edən aramsız yağışlar leysanla əvəz olunub. Leysan 18 insanın həyatına son qoyub.

 

Lent.az haberflash.com-a istinadla bildirir ki, dünyasını dəyişənlərin əksəriyyətini Pəncab bölgəsində elektrik cərəyanı vurub. Belə ki, leysan nəticəsində şəhərlərarası iri elektrik dirəkləri evlərin üzərinə aşıb. Nəticədə 15-i qadın və uşaq olmaqla ümumilikdə 18 nəfər dünyasını dəyişib.

 

Leysan nəticəsində bir neçə yaşayış məntəqəsi ilə kommunikasiya əlaqəsi kəsilib.

 

Qeyd edək ki, 2010-cu ildəki leysan yağışları nəticəsində Pakistanda 2 min 500-dən çox insan dünyasını dəyişmişdi.

# 345
avatar

Tural TURAN

Oxşar yazılar