<b>Rəqsanə qızının bu işinə görə <span style="color:red;">AĞLADI  - <span style="color:red;">VİDEO</b>
05 iyul 2018 10:15 (UTC +04:00)

Rəqsanə qızının bu işinə görə AĞLADI - VİDEO

Müğənni Rəksanə İsmayılovanın ifaçılığa başlayan qızı Aysun İsmayılova media nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, jurnalistləri bir araya yığan A.İsmayılova bildirib ki, onlarla görüşünün səbəbi “Gözü kor olsun” adlı mahnısına çəkilmiş klipdir.

Mahnının musiqisi Dj Roşkaya, sözləri isə Taleh Tənhaya məxsusdur. Ekran işinin rejissorluğunu da Roşka özü edib.

İlk təqdimatı olduğunu deyən Aysun həyəcanlı olduğunu vurğulayıb: “Bu, mənim ilk işimdir. Çox həyəcanlıyam. Bütün tənqidlərə hazıram. Ümid edirəm ki, mahnı və klip hər bir kəsin ürəyincə olar. Özümə güvənirəm “.

 

Daha sonra müğənni Rəqsanə təqdimata Rusiyadan “Skype” vasitəsi ilə qoşularaq, qızına xeyir-dua verib: “Kövrəlmişəm . Hazırda hamiləliyimin  5-ci ayındayam. Həkimlər çox ayaq üstə qalmağa icazə vermədikləri üçün təqdimatda iştirak edə bilmədim. Amma onun yanında etibar etdiyim komanda var. Bu sənət çox çətin sənətdir. Heç vaxt istəməmişəm ki, Aysun müğənni olsun. Amma belə görürəm ki, onun istedadı var. Həm də jurnalistlər məndən çox onunla maraqlanırlar”.

 

Qeyd edək ki, R.İsmayılova qızı haqqında fikirlərini bildirərkən göz yaşlarına hakim ola bilməyib.

# 591
avatar

Yalçın UĞUR

Oxşar yazılar