<b>Məşhur marketin işçiləri "Xəzər"in əməkdaşlarına hücum etdi - <span style="color:red;">VİDEO</b>
04 iyul 2018 15:17 (UTC +04:00)

Məşhur marketin işçiləri "Xəzər"in əməkdaşlarına hücum etdi - VİDEO

“Xəzər” telekanalında yayımlanan “Əlimin duzu” verilişinin çəkilişi zamanı dava düşüb.

Lent.az-ın məlumatına görə, çəkiliş üçün “Bizim market”ə yollanan yaradıcı heyətə hücum ediblər. Formata uyğun olaraq bazarlıq edən proqram əməkdaşları getmək istəyəndə onlara imkan verilməyib. Marketin mühafizəçiləri operatorlara hücum edərək, kameraları əllərindən almağa çalışıblar. 

Bu haqda proqramın aparıcısı Firuzə Cəlilova xəbər verib. O bildirib ki, mühafizəçilər hətta onun telefonunu da əlindən almağa çalışıblar: 

“Çəkilişi bitirib gedən zaman marketin səlahiyyətli işçiləri operatorumuzun kamerasını əlindən almağa çalışdılar. Bunları lentə alan zaman isə əlimə vuraraq, telefonumu götürmək istədilər. Görəsən niyə, qorxduqları nədir? Anlamadım... Dəfələrlə başqa marketlərdə çəkiliş etmişik, heç bir problem yaşamamışıq. "Bizim market" demək ki, nədənsə qorxur. Çəkilişin ardı var. Hələ uşaq kimi maşının qarşısını kəsməyə çalışdılar". 

# 280
avatar

Oxşar yazılar