Halldorsson “Qarabağ”a keçmə səbəbini açıqladı
04 iyul 2018 11:33 (UTC +04:00)

Halldorsson “Qarabağ”a keçmə səbəbini açıqladı

 

“Randers”də gözəl vaxtlarım keçdi, xoşbəxt oldum. Komandada və şəhərdə özümü çox yaxşı hiss etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünən “Randers”dən “Qarabağ”a transfer olunan qapıçı Hannes Halldorsson deyib.
 
 
 
Danimarka klubunun rəsmi saytına açıqlama verən İslandiya millisinin üzvü bu keçidlə bağlı fikirlərini bildirib. “Randers”lə vidalaşan 34 yaşlı qolkiper Azərbaycan çempionuna yollanma səbəbini də bildirib: “Randers möhtəşəm şəhərdi, buranı tərk etmək qərarı asan olmadı. Ancaq indi 34 yaşım var. Bu üzdən də yeni bir şey sınamaq, fərqli macəra yaşamaq istədim. Burda keçirdiyim iki ildə klubda mənə dəstək olan hər kəsə və azarkeşlərə minnətdarlığımı bildirirəm. Gələcəkdə kluba uğurlar arzulayıram”.
 
Qeyd edək ki, Hannes Halldorsson geridə qalan iki ildə “Randers”in heyətində 69 oyun keçirib.
 
# 397
avatar

Oxşar yazılar