[b]Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq - RƏSMİ[/b]
03 iyul 2018 16:32 (UTC +04:00)

[b]Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq - RƏSMİ[/b]

"Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin fəaliyyətini dayandırmış enerji blokundan biri təlimata uyğun olaraq işə düşüb".
 
 
 
Bunu “APA-Economics”ə açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. Onun sözlərinə görə, ikinci enerji blokunun fəaliyyətə başlaması üçün start vəziyyətinə gətirilib.
 
 
 
"Ölkənin elektrik enerjisi ilə təchizatı 90 faiz bərpa edilib. Günün sonunda elektrik enerjisinin verilişi 100 faiz bərpa olunacaq", - deyə Y.Babanlı vurğulayıb.
 
 
 
Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES-in 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
# 357
avatar

APA Baycan

Oxşar yazılar