<b>Sevda boşandığını dediyi əri ilə <span style="color:red;">BARIŞDI : <span style="color:red;">"Mənsiz qala bilməz"</b>
03 iyul 2018 15:24 (UTC +04:00)

Sevda boşandığını dediyi əri ilə BARIŞDI: "Mənsiz qala bilməz"

Bu günlərdə həyat yoldaşı ilə boşandığını, daha sonra isə barışdığını deyən Sevda Sanəliyeva şəxsi həyatında baş verənlərə aydınlıq gətirib.

Lent.az-ın məlumatına görə, yenicag.az-a açıqlama verən sənətçi həyat yoldaşı ilə aralarında yaranan xırda inciklik üzündən bu addımı atdığını bildirib:

"Aramızda xırda inciklik oldu, küsdük. Əsəbiləşdim və boşandığımızı yazdım. Özünə də dedim ki, bunu yazacam. Dəfələrlə mənə dedi ki, bunu eləmə. Ər-arvad arasında belə şeylər olur. Biz bir-birimiz olmadan yaşaya bilmirik. O mənsiz qala bilməz, mən onsuz. Uşaqlarsız isə dözə bilməz".

"Barışıq addımını birinci kim atıb" sualına Sevdanın cavabı belə olub:

"Biz sevgili deyilik, ər-arvadıq. O birinci addım atdı, ya mən, bunun dəxli yoxdur. Hər ikimiz addım atdıq və barışdıq. Sevgimiz qarşılıqlıdır və sevgi olan yerdə qürur olmur".

 

# 431
avatar

Oxşar yazılar