<b>Elzayla aparıcı arasında <span style="color:red;">QALMAQAL : <span style="color:red;">"Gedim intihar edim?"</b>
03 iyul 2018 14:00 (UTC +04:00)

Elzayla aparıcı arasında QALMAQAL: "Gedim intihar edim?"

ATV-də yayımlanan “10-dan sonra” verilişində qalmaqal yaşanıb.

Lent.az-ın məlumatına görə, verilişdə qonaq olan əməkdar artist Elza Seyidcahanla aparıcı Yusif Ağayevin sözü çəpləşib. Y.Ağayev  Seyidcahana müğənnilər Ceyhun Əliyevlə Damlanın fotosunu göstərib.

Elza əsəbiləşib və ona acıqlı cavab verib:

“Gedib bəzi müğənnilər malyar işləyib, indi mahnını kompüterlə düzəldib musiqini malalayıb, camaata ötürür. Yaxşı malyardı axı. Yaxşı malyar musiqiçi ola bilməz. Mən şəkil yox, mahnı yandırıram. Kimİ də həyatda özünü əməlləri ilə yandırır. Mənim sənətdə tələbələrim də, tör-töküntülərim də var. Mən tör-töküntülərdən danışmıram.

O, adamları tanımıram. Sən burada mənə təcavüz edirsən. Gedim intihar edim? Sən məni intihara sürükləyirsən? Bu şəkilləri kənara qoy, sənətdən, musiqidən danış. Mənim üsyanım sənin kimi insanlarla ola bilər. Cılız, sənəti anlamayanlarla işim ola bilməz. Səni də bunlar haqda sual verdiyin üçün məhkəməyə verə bilərəm. Çünki məni əsəbiləşdirirsən”.

 

# 384
avatar

Yalçın UĞUR

Oxşar yazılar