<b>Azərbaycanlı müğənni övladlığa uşaq götürür:<span style="color:red;"> "Biri oğlan, biri qız"</b>
02 iyul 2018 17:13 (UTC +04:00)

Azərbaycanlı müğənni övladlığa uşaq götürür: "Biri oğlan, biri qız"

“Maşın şou"nun qalibi, müğənni Roza Zərgərli yenidən övladlığa uşaq götürmək niyyətindədir. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Stop” verilişində danışıb:

 

“Böyük oğlum Corc gələn ayın ortasında əsgərliyə gedir. O gedəndən sonra iki uşaq övladlığa götürəcəm.  Biri oğlan, biri qızdır. Allah analıq nemətini mənə bir dəfə qismət etdi, sonra dada bilmədim. Həyatda bir missiyam var: anası, atası olmayan uşaqlara analıq etmək”.
 

Qeyd edək ki, R.Zərgərlinin Bənövşə adlı qız övladı var. O, daha bir qızı və iki oğlan uşağını övladlığa götürüb.

 

# 427
avatar

Yalçın UĞUR

Oxşar yazılar