<b>Rəhim Rəhimli qonşusu ilə dalaşıb: <span style="color:red;">"Az qalmışdı ki..."</b>
02 iyul 2018 19:48 (UTC +04:00)

Rəhim Rəhimli qonşusu ilə dalaşıb: "Az qalmışdı ki..."

Müğənni Rəhim Rəhimli sənətinə görə qonşuları ilə dalaşıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Açıq Pəncərə” verilişində deyib: “Hər kəs gecə vaxtı yatanda biz səhnəyə çıxırıq. Evə artıq gəlib çıxanda gecə saat 3-4 ün yarısı olur. O saatda da biraz yaradıcılıqla məşğul olursan. Evdə pianomuz var. Hər qaldığımız evdə olur. İlk “Tarqovı”da ( Nizami küçəsi) yaşadığımız illərdə, qoşu ilə salamlaşmağımız söz-söhbətə səbəb olmuşdu. Az qalmışdı ki, savaşa çevrilsin. O zaman yeni ev almışdım və mən 3 gün idi ki, orada yaşayırdım.

Saat 3-4 ün yarsı idi, durdum fortopianoda ifa etdim. Gördüm qonşu qapını döyür. Dedilər ki, bəs saatdan xəbəriniz var? Cavab verdim ki, salam əleykim. Nə var ki, burda? Ev mənimdir, özüm bilərəm saat neçədə çalaram. Mən də o zamanlar gənc idim, dəliqanlıydım. Amma indi düşünürəm ki, düzgün hərəkət etməmişəm”.

 

# 531
avatar

Yalçın UĞUR

Oxşar yazılar